Tənbəl napaleon tortu
Ərzaqlar
- Tərkibi:
- 400 qram un
- 170 qram kərə yağı
- 100 qram şəkər
- 1 paket vanil
- 40 qram kakos ovuntusu
- 100 qram südlü şokolad
- Krem üçün:
- 500 qram süd
- 2 yumurta
- 100 qram şəkər
- 30 qram (2 xörək qaşığı) qarğıdalı nişastası
- 1 paket vanil
- 30 qram kərə yağı
Hazırlanması
- Krem hazırlamaq üçün bir qab götürün yumurta, şəkər və qarğıdalı nişastasını qarışdırın.
- Üzərinə südü tökün və qarşdırmağa davam edin.
- Sonra qazda aşağı temperaturda kremi qarışdıra qarışdıra qaynayanadək gözləyin.
- Qaynamaq isdəyəndə kənara qoyun və kərə yağın üzərinə əlavə edin.
- Krem cöx da qatı olmamalıdır.
- Ovuntulu xəmir hazırlamaq üçün unu, şəkər və vanillə qarışdırın.
- Üzərinə yağı sürtgəcdən keçirdin və alınmış kütləni əllə ovun.
- Qazda aşağı temperaturda bunları qızılı rəng alanacan qarışdırın.
- Kənara qoyub 5 dəqiqə qarışdırın. Sonra kakas ovuntusunu üzərinə əlavə edib yaxşı qarışdırın.
- 22 sm ölçülü soba qabı götürün və qabın yanlarına və içinə perqament kağızı qoyun.
- Kremi və ovuntulu xəmiri 3 hissəyə bölün və krem üzərinə xəmir ovuntusu tökərək prosesi təkrarlayın. Üst qatda ovuntulu xəmir olmalıdır.
- Üzərinə südlü şokoladı sürtgəcdən keçirdib səpin.
- 1 gecə soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh