Südlü tortu
Ərzaqlar
- Tərkibi:
- 200 qram kəsmik
- 1 su stəkanı şəkər
- 200 qram kərə yağı
- 3 xörək qaşığı kakao
- 1 paçka yubuleyni peçenye
- 1 su stəkanı süd
- Kakos ovuntusu
- Qlazur üçün:
- 60 qram kərə yağı
- 2 xörək qaşığı kakao
- ½ su stəkanı şəkər
Hazırlanması
- Kəsmik, şəkər, yumşalmış kərə yağı , kakaonu bir kütlə alanadək qarışdırın.
- Qlazuru hazırlamaq üçün aşağı odda yağı bir qabda əridin. Digər məhsuları əlavə edərək qarışdırmağa davam edin.
- Peçenyeləri götürüb südlə isladın və iki iki düzərək üzərinə kremdən qoyub bu prosesi 2 dəfə təkrarlayın.
- Kremlənmiş peçenyeləri ev formasında üst-üstə yığaraq üzərinə qlazuru tökün. Üsdünə kakos ovuntusunu səpin.
- 3-4 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh