Südlü piroq

Ərzaqlar

  • Tərkibi:
  • 125 qram kərə yağı
  • 500 qram ilığ süd
  • 5 yumurta
  •  150 qram şəkər
  • 110 qram un
  • 1 paket vanil
  • ½ paket qabartma tozu

Hazırlanması

  1. 4 yumurtanın ağın sarıdan ayırın. 1 yumurtanı bütün sarıya qatın.
  2. Sarını şəkər və vanillə mikserlə çalın.
  3. Yağı əvvəlcədən yumşaldın və sarıya qatıb qarışdırın.
  4. Unu əlavə edin və mikserlə çalmağa davam edərək ilığ südü də xəmirə qatın.
  5. Yumurtanın ağın mikserlə çoxlu çalın. Və xəmirə əlavə edib taxta qaşıq ilə qarışdırın.
  6. Soba qabını yağlayın və əvvəlcədən 180 dərəcə isidimiş sobada 40-45 dəqiqə bişirin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10