
Südlü Halva
Südlü Halva
Ərzaqlar
- 100 gr marqarin
- 2 su stəkanı duru yağ
- 1.5 (3/2) su stəkanı Süd
- 100 q kərə yağı
- 7 su stəkanı un
- 1 ədəd yumurta
Şərbəti üçün:
- 2 su stəkanı su
- 1 su stəkanı süd
- 3 su stəkanı toz şəkər
Üzəri üçün:
- fındıq (çəkilmiş)
Hazırlanması
- Unu dərin qaba töküb üzərinə yumurta əlavə edərək əl ilə qarışdırılır.
- Üzərinə 1,5 su stəkanı süd əlavə olunub təkrar qarışdırılır.
- Qarışıq yaxşıca yoğrulur.
- Sonra bir süzgəcə töküb iriləri yuxarıda, kiçik və toz şəklində olanlar altda qalacaq şəkildə ələnir.
- Bir tavada duru yağ, marqarin və kərə yağı əridilərək qarışdırılır.
- Süzgəcin üzərinə qalan böyük parçalar yağda qızarana qədər qovrulur.
- Üzərinə toz şəklindəki unlu qarışığı əlavə edib qızılı-sarısı rəng alana qədər qovrulur.
- Qazan ocaqdan alınıb öncədən hazırlanmış şəkər, su və südün qaynadılmış və soyudulmuş şərbət, halvaya əlavə edilir.
- Şərbət havlava hopduqdan sonra süfrəyə verilir.
Hakkında: Südlü halva türklərin ən sevimli şirniyyatıdır. Bu şirniyyat Türkiyənin Şərqi Anadolu bölgəsinə aiddir.
Nuş olsun!
ən son şərh