
Süd dilimi tortu
Ərzaqlar
- 3 ədəd yumurta
- 1,5 su stəkanı pudra şəkəri
- 1 su stəkanı duru yağ
- 1 su stəkanı qatıq
- 2 yemək qaşığı kakao
- 1 su stəkanı un
- 2 paket vanil
- 1 paket qabartma tozu
- Kremi üçün;
- 1 paket mascarpone (labne)
- 2 paket toz krem şanti
- 1,5 yemək qaşığı bal
- 1 çay qaşığı limon suyu
Hazırlanışı
- Bir qabın içinə yumurtaları, pudra şəkərini qoyuruq və köpürənə qədər 5 dəq çırpırıq.
- İçərisinə qalan bütün ərzaqları əlavə edərək qarışdırırıq.
- Yağlı kağız sərili soba qabına hazırladığımız qarışımı tökərək qabın hər tərəfinə yayırıq.
- Isitdiyimiz 200 dərəcəlik sobada 10 dəq bişiririk.
- Pişən keksi başqa bir yağlı kağızın üzərinə tərs çevirib, yağlı kağızı çıxartmadan əlimizlə üzərini düzəldirik.ikiyə bölüb soyumağa qoyuruq.
- Kremi üçün;
- Bir qabın içinə bütün ərzaqları qoyaq və blender ilə qatılaşana qədər çırpın, 1 saat soyducuda saxlayın.
- Soyuyan keksin üzərinə kremi bərabər şəkildə yayın və digər keksi üzərinə örtüb, üzərinə yağlı kağız qoyub, əlimizlə yüngül basıb kremi keks ilə yapışdırırıq.
- Soyuducuda 1 gecə saxladıqdan sonra kənarlarını incə kəsirik, hazırladığımız şirniyyatı dilimləyib servis edirik.
Nuş Olsun!
Süd dilimi tortu resepti hamınızın zövqünü oxşayacaq.
ən son şərh