Şuba Salatı

Şuba Salatı

Ərzaqlar

  • dəniz kələmi – 2 banka
  • çuğundur – 2 ədəd (orta)
  • kök – 3-4 ədəd
  • kartof – 5 ədəd (orta)
  • pendir – 200 qr.
  • duz – 1,5 çay qaşığı
  • xama – 400 qr.
  • 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar)
  • 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

Hazırlanması

  1. Tərəvəzləri qaynadın.
  2. Orta ölçülü dayaz qaba 3 kartofu sürtgəcdən keçirib bərabər halda nazik yayın.
  3. Üstündən kələmin 2/3 hissəsini yayın. Sonra pendirin 2/3 hissəsini töküb ehtiyatla bərabər yayın. Pendiri azca duzlayıb üzərindən 2 ədəd kök sürtgəcdən keçirin. Duz qatılmış xamanın 1/3 hissəsini kökün üstündən yayın.
  4. Yenidən kartof və kələmin qalığını tökün. Pendir sürtgəcdən keçirib azca duzlayın. Pendirin üstündən kök tökün.
  5. Salatın hər tərəfini çuğundur vurub, sonda xama və ya mayonez tökün.
  6. Bir neçə saatlıq soyuducuya qoyun.

Hakkında:  Şuba salatı Rus mətbəxinə aiddir. Bu salatı Rusyada uşaqdan böyüyə hərkəs sevir və əsasən bayram süfrələrinində görmək olar. Hazırlanması çətin görünsədə asan sayılır. Salatanın adı rus dilindən alınıb və mənası kürkdür. Ərzaqlar qat qat düzüldüyü üçün kürkə bənzədilmişdir.

 

One Comment

  1. Deniz kelemi nedi o vurulmur mence.Amma bilmirem vurulsa nece olar.

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10