
Spagetti Napoliten
Spagetti Napoliten
Ərzaqlar:
- 3 xörək qaşığı marqarin
- 1 Supqaşığı incə doğranmış soğan
- 1 orta boy pomidor
- 1/ 2 çay qaşığı duz
- 1 ədəd qara bibər
- 1 xörək qaşığı duz
- 300 qr spagetti
- 25 qr rəndələnmiş pendir və ya kənd pendiri
Hazırlanması:
- Əvvəl bir qazanda 1 xörək qaşığı marqarini əridin.
- Yağ qızınca soğanı əlavə edin, tez-tez qarışdıraraq bir neçə dəqiqə qızardın.
- Pomidorları əlavə edib bir neçə dəqiqə daha bişirin. Duz və bibəri qatıb qarışdırın.
- Qazanı sonra ocaqdan götürün. Bir başqa qazanda spagettini yüngül bişirin.
- Bir süzgəcdən süzüb təmiz və quru bir qazana qoyun. Qalan marqarini və pomidor sousunu əlavə edin.
- Bir az duz və bibər əlavə edin. Soğanla xırda doğranmış pomidoru da kəsib yeməyin içinə qatın.
- Makaronları çəngəllə qarışdırın. Spagetti napolitenin , yanında ayrıca rəndələnmiş pendirlə birlikdə süfrəyə isti verin.
ən son şərh