Şokoladlı Turta

Şokoladlı Turta

Şokoladlı Turta

 

Ərzaqlar

Xəmir üçün:

  • 1/2 st. şəkər tozu
  •  200 qr. kərə yağı
  •  1 yumurta
  •  2 1/4 st. un

İç üçün:

  • 100 qr. şokolad
  •  100 qr. şəkər tozu
  •  vanil
  •  5 ç.q. mürəbbə suyu
  •  2 yumurta
  •  3 ç.q. doğranmış qoz (mütləq deyil)

Hazırlanması

  1. Xəmir üçün olan ərzaqlardan xəmir yoğrulur. Sonra orta qalınlıqda yayılır və şəkildəki kimi yağlanmış formaya keçirilir.
  2. Xəmir qalxmasın deyə çəngəl ilə bir neçə yerdən deşmək lazımdır. 180 dərəcədə 7-8 dəqiqə bişirilir.
  3. Xəmirin artıqlarını da yayıb bişiririk, içdə istifadə olunacaq. İçi hazırlayaq. Şokolad və yağ su vannasında əridilir.
  4. Əriyəndən sonra xəmir artıqlarını qırıntı edib əlavə edilir (4 yemək qaşıqı qədər ).
  5. Sonda vanil, mürəbbə suyu , yumurtalar və qoz əlavə olunur.
  6. Sobada bişirilən xəmirin içinə əlavə olunur və 180 dərəcə sobayda 15-17 dəqiqə bişirilir.
  7. İstəyən ( mütləq deyil, amma mən etmişəm) 100 qram şokoladı isidilmiş 100 qram qaymaqda əridib bir az soyuyan turtanın üzərinə əlavə ede bilər.
  8. Bu halda 3-4 saat şokoladın donmasını gözləmək lazımdır.

Nuş Olsun!

Hakkında: Şokolad severlər üçün gözəl seçimdir.

 

One Comment

  1. men bir seyi basa dusmedim 100qr seker tozu nece stekan edir xahis edirem onu mene bir deyin

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10