Şokoladlı triliçe

Şokoladlı triliçe

Ərzaqlar

  • 5 ədəd yumurta

     

  • 1 su stəkanı qədər duruyağ

     

  • 1.5 su stəkanı qədər şəkər

     

  • 10 yemək qaşığı un

     

  • 5 yemək qaşığı irmik

     

  • 1 paket vanil və qabartma tozu

     

  • Şərbəti:

     

  • 6yemək qaşığı şəkər tozu

     

  • 5 su stəkanı soyuq süd

     

  • 2 paket krem(400 ml)

     

  • Üzəri üçün :

     

  • şokolad sousu

Hazırlanması

  1. Şokoladlı triliçe şirniyyatı üçün əvvəlcə keksimizi hazırlayaq.
  2. Yumurtaları dərin bir qaba qırdıqdan sonra, içinə şəkər əlavə edib mikserlə çalaq.
  3. Daha sonra duruyağı əlavə edək.
  4. İrmik, qabartma tozu, vanil və son olaraq un əlavə edərək qarışdıraq.
  5. Bu keks ərzaqlarını dördbucaq bir qaba tökərək öncədən isitdiyimiz 200 dərəcəlik sobaya qoyaq.
  6. Keks bişdikdən sonra soyumağa qoyaq.
  7. Bu arada şərbətini hazırlamaq üçün şəkər, soyuq süd və kremi dərin qaba qoyaraq 10 dəqiqəyə qədər mikserlə çırpaq.
  8. Keks soyuyanda şərbəti üzərinə tökək.
  9.  Sonra hazır şokolad sousunu üzərinə yayaraq hazırlayaq.
  10. Dilimləyərək servis edə bilərsiniz.

Nuş olsun!

Şokoladlı triliçe şirniyyatı şokoladla keksin biləşdiyi əla daddır.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10