Şokoladlı tort
Ərzaqlar
- Tərkibi:
- 200 qram kərə yağı
- 2 su stəkanı un
- 1,5 su stəkanı şəkər
- ½ su stəkanı qəhvəyi şəkər
- ¾ su stəkanı kakao
- 1 paket qabartma tozu
- 2 yumurta
- ½ su stəkanı xama
- ½ paket qabartma tozu
- Krem üçün:
- 670 qram qara şokolad
- 300 qram kərə yağı
Hazırlanması
- Əvvəlcədən sobanı 180 dərəcə qızdırın.
- Bir qab götürün və unu, şəkəri kakao, qabartma tozunu qarışdırın.
- Başqa qabda kərə yağını bir su stəkanı su ilə odda qaynadın. Unun üzərinə əlavə edib mikserlə çalın.
- Sonra bunun üzərinə yumurta, xama və vanili əlavə edib xəmiri hazırlayın.
- Soba qabına perqament kağlz qoyun və 35-45 dəqiqə bişirin.
- Kremi hazırlamaq üçün şokoladı su vannasında əridin. Sonra üzərinə kərə yğın əlavə edib mikserlə çalın.
- Xəmir soyuduqdan sonra onu iki hissəyə bölün və korjları kremləyib üst-üstə yığın.
- 8 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh