Şokoladlı Tenerina tortu

Ərzaqlar

  • Tərkibi:
  • 200 qram qara şokolad
  • 100 qram kərə yağı
  • 60 qra un
  • 5 xörək qaşığı süd
  • 150 qram şəkər
  • 5 yumurta
  • 100 qram şəkər pudrası

Hazırlanması

  1. Şokoladı xırda hissələrə bölün və su vannasında qazda əridin.
  2. Yağı xırda xırda doğrayın və şokolada əlavə edib əriyənədək qazda qarışdırın. Sonra kənara qoyub soyumağın gözləyin.
  3. Yumurta ağın sarıdan ayırın. Sarını şəkərin yarısı ilə mikserlə çalın. Üzərinə şokoladlı qarışığı əlavə edin.
  4. Südü və unu da üzərinə əlavə edib qarışdırın.
  5. Yumurta ağın ayrı mikserlə bərkiyənədək çalın. Üzərinə qalan şəkəri əlavə edib çalmağa davam edin.
  6. Sonra yumurta ağın şokoladlı qarışığa əlavə edib taxta qaşıq ilə qarışdıırın.
  7. 24 sm dairə formasında soba qabın kərə yağı ilə yağlayın və bir az un səpin.
  8. Xəmiri qaba əlavə edin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
  9. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10