Şokoladlı Tart

Şokoladlı Tart

Şokoladlı Tart

Ərzaqlar

  • 1 stəkan toz şəkər
  • 2 yumurta sarısı
  • 1 stəkan fındıq unu
  • 3,5 stəkan un
  • 225 qram kərə yağı
  • 1 paket vanil
  • Xəmiri üçün:
  • 100 qram krem
  • 100 qram labne pendir
  • 100 qram bitter şokolad
  • 100 qram südlü şokolad
  • Bəzəmək üçün:
  • file fındıq

Hazırlanması

  1. Yumşaq kərə yağı və şəkəri krem olana qədər mixerdə qarışdırın.
  2. Yumurta sarılarını, fındıq ununu, unu və vanili əlavə edin.
  3. Alinmiş ərzaqları əlinizlə yoğurun.
  4. Yumurta böyüklüyündə parçalara ayırıb tart qəliblərinə basdıraraq yayın.
  5. Ortasını bir neçə yerdən çəngəllə deşin və 180 dərəcə sobada qizarana qədər bişirin.
  6. Onlar bişərkən içliyi hazırlayın.
  7. Kremi istilədin, kiçik parçalara ayırın şokoladı əlavə edərək qarışdırın.
  8. Labne pendirindən də əlavə edin və hamar bir konsistensiyaya gələnə qədər çırpın.
  9. Soyuyan tartın içinə kremi qoyun və üzərinə file fındıqları ilə bəzəyin. Nuş olsun!

Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10