Şokoladlı qlazurlu nanəli braun

Şokoladlı qlazurlu nanəli braun

Ərzaqlar

  • Xəmir üçün: 
  • 150 qram kərə yağı 
  • 150 qram tünd şokolad 
  • 1 su stəkanı qəhvəyi şəkər 
  • 4 yumurta 
  • 1 su stəkanı un 
  • 1 çimdik duz 
  • 1 xörək q. vanil 
  • qlazur üçün: 
  • 50 qram kərə yağı 
  • 100 qram şəkər tozu 
  • 3-4 xörək q. nanə şirəsi 
  • 3 xörək q. qaymaq 
  • 3 xörək q. xırda doğranmış nanə 
  • Üzərinə: 
  • 50 qram kərə yağı 
  • 50 qram tünd şokolad

Hazırlanması

  1. Şokolad və kərə yağını su vannasında əridin.
  2. Yumurtanı başqa qabda şəkər, vanil, duzla mikser ilə çalın.
  3. Unu əlavə edib  şokolad ilə yağ qarışığının üzərinə qatıb, qarışdırın.
  4. Düzbucaq formalı yağlanmış qaba (təxminən 20×30 sm ölçülü)  tökün.
  5. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 30 dəqiqə bişirin.
  6. Hazır olduqda qabla birlikdə soyumağını gözləyin. 
  7. Qlazuru hazırlamaq üçün yağı şəkər tozu ilə çalın, qaymağı, nanə şirəsini və sonda doğranmış nanəni əlavə edib qarışdırın.
  8. Soyumuş korjun üzərinə çəkib 30 dəqiqə soyuducuda saxlayın.
  9. Şokolad və kərə yağını su vannasında əridin və qlazurlu keksin üzərinə çəkin və soyuducuya qoyub bərkiməyini gözləyin. 
  10. Soyuduqdan sonra şokoladlı qlazurlu nanəli braun şirniyyatı servisə hazırdır.

Nuş olsun!

Şokoladlı qlazurlu nanəli braun şirniyyatı şokoladlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10