
Şokoladlı qlazurlu nanəli braun
Ərzaqlar
- Xəmir üçün:
- 150 qram kərə yağı
- 150 qram tünd şokolad
- 1 su stəkanı qəhvəyi şəkər
- 4 yumurta
- 1 su stəkanı un
- 1 çimdik duz
- 1 xörək q. vanil
- qlazur üçün:
- 50 qram kərə yağı
- 100 qram şəkər tozu
- 3-4 xörək q. nanə şirəsi
- 3 xörək q. qaymaq
- 3 xörək q. xırda doğranmış nanə
- Üzərinə:
- 50 qram kərə yağı
- 50 qram tünd şokolad
Hazırlanması
- Şokolad və kərə yağını su vannasında əridin.
- Yumurtanı başqa qabda şəkər, vanil, duzla mikser ilə çalın.
- Unu əlavə edib şokolad ilə yağ qarışığının üzərinə qatıb, qarışdırın.
- Düzbucaq formalı yağlanmış qaba (təxminən 20×30 sm ölçülü) tökün.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 30 dəqiqə bişirin.
- Hazır olduqda qabla birlikdə soyumağını gözləyin.
- Qlazuru hazırlamaq üçün yağı şəkər tozu ilə çalın, qaymağı, nanə şirəsini və sonda doğranmış nanəni əlavə edib qarışdırın.
- Soyumuş korjun üzərinə çəkib 30 dəqiqə soyuducuda saxlayın.
- Şokolad və kərə yağını su vannasında əridin və qlazurlu keksin üzərinə çəkin və soyuducuya qoyub bərkiməyini gözləyin.
- Soyuduqdan sonra şokoladlı qlazurlu nanəli braun şirniyyatı servisə hazırdır.
Nuş olsun!
Şokoladlı qlazurlu nanəli braun şirniyyatı şokoladlı şirniyyatdır.
ən son şərh