Şokoladlı Paxlava

Şokoladlı Paxlava

Şokoladlı Paxlava

Ingredients

  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı qatıq
  • 3 xörək qaşığı duru yağ
  • 1 xörək qaşığı sirkə
  • kifayət edəcək qədər un
  • 3 xörək qaşığı kakaoİçi üçün:
  • 300 qram iri doğranmış qoz
  • 1 su stəkanı şokolad Açmaq üçün:
  • 1 su stəkanı nişasta
  • 1 su stəkanı kakao
  • 250 qram marqarin
  • 250 qram kərə yağıŞərbət üçün:
  • 4 su stəkanı su
  • 4 su stəkanı şəkər tozu ,
  • yarım limon şirəsi

Hazırlanması

  1. Əvvəlcə xəmir üçün olan ərzaqları, yəni: yumurta, qatıq, duru yağ, sirkə, un və kakaoyu dərin bir qaba qoyub yoğurun.
  2. Yumşaq xəmir əldə olunmalıdır.
  3. Folqaya büküb yarım saat gözlədin.
  4. Xəmirdən 15 kündə qoparın, 1 su stəkanı nişasta və 1 su stəkanı kakaoyu ələyin.
  5. Kündələri nimçədən daha böyük açın.
  6. Nimçədə yağlayın.
  7. 250 qram kərə yağı və marqarini əridin.
  8. Labvaşları üç ədəd edib, qalanların hər birini dörd parçaya ayırın.
  9. 2 qat nimçəyə sərin.
  10. Üzərinə yağ gəzdirin.
  11. 1 – 4 mərtəbədən sonra da şokolad və qozu qoyun.
  12. Parçalanmamış lavaşlları qalana qədər hər iki mərtəbədən bir yağ gəzdirib, dörd mərtəbədən bir də şokolad səpin.
  13. 2 – Ən üstə möhkəm olan lavaşları sərin.
  14. Qalan yağı üzərinə gəzdirin.
  15. Nimçədə çevirə çevirə dilədiyiniz şəkildə kəsin.
  16. Əvvəldən isidilmiş sobaya paxlavanı qoyub, sonra sobanı 150 dərəcəyə nizamlayın.
  17. Üzəri qızarana qədər bişirin.
  18. Bu vaxt ərzində şərbəti hazırlayın.
  19. Bunun üçün su və şəkəri qaynadın.
  20. Ocaqdan aldığınız şərbətə limon şirəsini əlavə edin.
  21. 3 – Sobadan aldığınız paxlava istiykən üzərinə isti şərbəti gəzdirin.
  22. Paxlava şərbəti içinə çəkincə süfrəyə təqdim edin.

Hakkında: şokoladlı paxlava asan hazırlanan şirniyyatdır. Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10