Şokoladlı Keks

Şokoladlı Keks

Şokoladlı Keks

Ərzaqlar

  • 1 paket şokolad
  • 1 yemək qaşığı marqarin
  • 3 ədəd yumurta
  • 1,5 su stəkanı toz şəkər
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1 su stəkanı duru yağ
  • 1 su stəkanı qatıq
  • 1 çay qaşığı darçın
  • 3 su stəkanı un

Hazırlanması

  1. Geniş bir qabın içində yumurtalarla şəkəri yaxşıca çırpın.
  2. Ayrı bir yerdə unu, qabartma tozunu, vanil və darçını ələyib qarışdırın.
  3. Yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın.
  4. Ən son unlu qarışığı əlavə edib qarışdırın və xəmiri yağlayıb unladığınız keks qəlibinə boşaldın.
  5. Əvvəldən isidilmiş 180 dərəcəli sobada bişirin.
  6. Şokolad və marqarini buxar hamamı üsulu əridib qarışdırın.
  7. Keks sobadan çıxdıqdan sonra şokoladı keksin üzərinə sürün.
  8. Soyuduqdan sonra servis edin.

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, şokoladlı  keksiniz yumşaq olacaq. Nuş olsun!

 

5 Comments

  1. super reseptti

  2. bu resepti vidio formasindada qoyunda zehmet olmasa

  3. Şokoladlı keks sobada nəcə deqiqeye bisir

  4. cox gozel retsepdir

  5. eledim cox gozel ve dadli alindi

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10