Şokoladlı karamelli tart

Şokoladlı karamelli tart

Ərzaqlar

  • Ovulan xəmir üçün: 
  • 300 qram un 
  • 150 qram kərə yağı 
  • 1 yumurta 
  • Bir çimdik duz 
  • Şokoladlı krem üçün: 
  • 200 qram 70%-li şokolad 
  • 125 qram qaymaq 
  • 60 qram kərə yağı 
  • 2 xörək q. şəkər 
  • 1 çimdik duz 
  • Karamel üçün: 
  • 220 qram şəkər 
  • 60 qram su 
  • 125 qram qaymaq 
  • 60 qram kərə yağı 
  • 1 çimdik duz

Hazırlanması

  1. Pesoçnu xəmiri hazırlamaq üçün blendr qabında kərə yağı, un, duz, şəkəri qarışdırın.
  2. Sonra yumurta və bir az su əlavə edin.
  3. Bir kütlə alınana qədər  blendrlə çalın və xəmirdən şar formasında kündə hazırlayın.
  4. Təxminən 26 sm ölçülü tart qabına yağlı kağız qoyun və xəmiri əllə qaba elə yerləşdirin ki, divarları tamamilə xəmirlə tutulsun.
  5. 30 dəqiqə soyuducuda saxlayın.
  6. Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.
  7. Şokoladlı krem hazırlamaq üçün 125 qram qaymağı odda qaynatmamaq şərti ilə isidin.
  8. Üzərinə isti-isti 60 qram kərə yağı və xırdalanmış şokolad qatın və şokolad əriyənə qədər qarışdırın.
  9. Karamelli krem hazırlamaq üçün şəkər su ilə odda əridin, qəhvəyi rəng alana qədər bişirin, üzərinə 60 qram kərə yağı və qaymağı qatın.
  10. Qaynatmamaq şərti ilə yağ əridikdə odddan götürün.
  11. Tart xəmirinə karamelli krem sonra şokoladlı kremi tökün.
  12. 2 saat soyuducuda saxlayın.

Nuş olsun!

Şokoladlı karamelli tart şirniyyatı şokolad sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10