Şokoladlı kəsmikli pirojnalar

Ərzaqlar

  • Tərkibi:
  • 3 yumurta
  • 50 qram süd
  • 50 qram duru yağ
  • 4 xörək qaşığı şəkər
  • 3 xörək qaşığı kakao
  • 160 qram un
  • ½ paket qabartma tozu
  • İçlik üçün:
  • 200 qram 5%-li kəsmik
  • 3 xörək qaşığı şəkər
  • 1, 5 xörək qaşığı un

Hazırlanması

  1. Yumurta sarısını şəkərlə mikserlə çalın.
  2. Südü və duru yağı əlavə edin və çalmağa davam edin.
  3. Başqa qabda unu kakao və qabartma tozunu qarışdırın və yumurtalı qarışığa əlavə edib bir kütlə halını alanadək qarışdırın.
  4. İçliyi hazırlamaq üçün kəsmiyə şəkər və unu əlavə edib mikser və ya blendrlə çalın.
  5. Düzbucaq formasında şüşə soba qabını yağlayın (20×20 ölçüdə). Xəmiri hər tərəfə eyni ölçüdə yayın.
  6. İçiyi xəmirin üsdünə şirniyyat kisəsi ilə kvadrat formasında yayın.
  7. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirin.
  8. Tam soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10