Şokoladlı-kəsmikli Jiraf piroqu
Ərzaqlar
- Tərkibi:
- 200 kərə yağı
- 150 qram şəkər
- 1 yumurta
- 2,5 su stəkanı un
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 2 xörək qaşığı kakao
- İçlik üçün:
- 1 su stəkanı şəkər
- 500 qram kəsmik
- 300 qram xama
- 1 paket vanil
- 3 xörək qaşığı nişasta
- 3 yumurta
Hazırlanması
- Şəkər və yumurtanı mikserlə çalın.
- Üzərinə yağı əlavə edin və çalmağa davam edin.
- Unu qabartma tozu, vanil və kakao ilə qarışdırın və yumurtaya əlavə edin.
- Xəmiri 20 dəqiqə soyuducuda saxlayın.
- Xəmiri 2 hissəyə elə bölün ki, 1 hissəsi çox olsun.
- İçliyi hazırlamaq üçün lazım olan ərzaqları qarışdırın.
- Böyük hissəni 24 sm ölçülü dairə formasında soba qabına elə yayın ki, qabın yan divarların da örtsün.
- Üsdünə içliyi bərabər formada yayın.
- Qalan xəmirdən balaca dairə formasında formalar düzəldib içliyin üsdünə qoyun.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.
Nuş olsun.
Nuş Olsun!
ən son şərh