Şokoladlı desert
Ərzaqlar
- Tərkibi:
- 1 litr süd
- 100 qram şokolad
- 150 qram şəkər
- 25 qram vanil
- 100 qram mannı yarması
- 30 qram kərə yağı
Hazırlanması
- Südü dərin bir qaba tökün və qazda qaynar edin.
- Şokoladı xırdalayın və südü qarışdıra-qarışdıra üzərinə əlavə edib qaynamağın gözləyin.
- Süd qaynadıqda mannını yavaş-yanaş südə qatın.
- Üzərinə şəkər və vanili qatın. 5 dəqiqə qazda bişirin ki, şəkər ərisin.
- Şokoladlı kütləni desert qablarına yığın və isdəyə görə meyvə və ya kakos ovuntusu ilə bəzəyə bilərsiniz.
Nuş Olsun!
ən son şərh