Şokoladlı biscotti

Şokoladlı biscotti

Ərzaqlar

  • 280 gr (2 su stəkanı) un
  • 65 gr (3/4 su stəkanı) kakao
  • 1 yemək qaşığı qabartma tozu
  • 1/4 yemək qaşığı duz
  • 3 yumurta
  • 200 gr (1 su stəkanı) şəkər
  • 1 yemək qaşığı vanil
  • 125 gr (1 su stəkanı) fındıq vəya badam (döyülmüş)
  • 120 gr (3/4 su stəkanı) tünd şokolad (parçalanmış)

Hazırlanması

  1. Sobanı 180 dərəcədə isidin.
  2. Bir qabda kakao, un, qabartma tozu və duzu qarışdırın.
  3. Bir mikser qabında yumurta, şəkər və vanili yüngül çaldıqdan sonra unlu qarışımı əlavə edin və xəmir halına gələndə fındıq və şokolad parçalarını əlavə edin.
  4. Yumşaq və ələ yapışmayan xəmir olacaq.
  5. Xəmiri ikiyə bölün, uzunsov forma verin və yağlı kağız sərilmiş soba qabında yanyana qoyun.
  6. sobada 25 dəqiqə bişirib çıxarın.
  7. 15 dəqiqə otaq temperaturunda saxlayın və taxta  qaşıqla 1,5 sm-lik dilimlərə kəsin.
  8. Soba qabında dilimləri bir birinə yapışacaq şəkildə düzün.  
  9. 10 dəqiqə də bişirin.
  10. Sobadan çıxarın, həm sadə, həm də şokolada batıraraq yeyə bilərsiniz

Nuş olsun!

Şokoladlı biscotti tünd şokoladlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10