Şokoladlı badamlı keks

Ərzaqlar

  • 0,5 su stəkanı süd
  • 3 ədəd yumurta
  • 70q kərə yağı
  • 35qram şəkər tozu
  • 20qram  kakao
  • 100q şokolad (xırda doğranmış)
  • 100 qram badam ləpəsi
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 350q un

Hazırlanması

  1. Yumurtanı şəkərlə birlikdə mikserlə çalın.
  2. Əvvəlcədən yumşaldılmış  yağı və südü əlavə edin.
  3. Bir başqa qabda unu qabartma tozu, vanil və kakao ilə qarışdırın və qarışığa əlavə edin.
  4. Sonda şokoladı və badamı xırda formada doğrayın və xəmirə əlavə edin, asta-asta qarışdırın.
  5. Xəmirdən  kürəciklər düzəldin.
  6. Keks üçün formaya düzün.
  7. 180 dərəcəyə qədər isidilmiş sobada 20 dəqiqə bişirin.
  8. Soyuduqdan sonra dadlı keksləri servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10