Şokoladlı armudlu piroq

Şokoladlı armudlu piroq

Ərzaqlar

  • 4 ədəd armud 
  • 200 qram un 
  • 150 qram şəkər 
  • 150 qram süd 
  • 80 qram kərə yağı 
  • 100 qram tünd şokolad 
  • 1,5 çay q. qabartma tozu 
  • 2 yumurta

Hazırlanması

  1. Armudları yuyun, nazik formada doğrayın.
  2. Yumurta ağını sarıdan ayırın.
  3. Ağını mikserlə çalın.
  4. Bir qabda sarını şəkərlə qarışdırın.
  5. Sonra kərə yağını çalın, üzərinə şəkərli yumurta sarısını, südü və qabartma ilə qarışdırılmış unu əlavə edin.
  6. Sonda yumurta ağını da bu kütləyə qatın.
  7. Alınmış xəmiri iki hissəyə bölün.
  8. Birinə şokoladı sürtgəcdən keçirdib qatın.
  9. Soba qabını yağlayın.
  10. Əvvəlcə şokoladlı xəmiri, üzərinə armudların 2/3 hissısini, sonra o biri xəmiri və üzərinə qalan armudları yerləşdirin.
  11. 190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bilirin.
  12. Hazır oldudqa soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!

Şokoladlı armudlu piroq meyvəli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10