Şokoladlı açar

Şokoladlı açar

Ərzaqlar

  • 80 qram kərə yağı

     

  • 0,5 su stəkanı şəkər

     

  • 2 yumurta

     

  • 1 paket vanil

     

  • 2 su stəkanı un

     

  • 35 qram kakao

     

  • bir az duz

     

  • 100 qram süd

     

  • 0,5 su stəkanı kişmiş

     

  • 0,5  su stəkanı xırdalanmış şokolad

     

  • Maya üçün:

     

  • 80 qram ilıq süd

     

  • 1 xörək q. şəkər

     

  • 1 xörək q. maya

     

  • 25 qram kakao

     

  • 25 qram un

Hazırlanması

  1. Mayanı hazırlamaq üçün maya üçün qeyd etdiyimiz məhsulları bir qabda qarışdırb kənarda şişməyini gözləyin.
  2. Xəmir üçün kərə yağını pesok ilə çalın, üzərinə yumurtanı, vanili  əlavə edin.

     

  3. Ayrı bir qabda unu, kakaonu, duzu qarışdırın və xəmirə yavaş-yavaş süd ilə birlikdə əlavə edin.
  4. Mikserlə qarışdırın.
  5. Kənarda şişmiş mayanı xəmirə qatıb qarışdırın.
  6. Xırdalanmış şokolad və kişmişi əlavə edin.
  7. Alınmış xəmiri bir qaba qoyub üstünü örtüb 12 saat soyuducuda saxlayın.
  8. Sonra xəmiri soba qabına qoyub 1 saat da gözləyin.
  9. 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.
  10. Hazır olmuş şokoladlı açar şirniyyatını soyuduqdan sonra qabdan çıxarıb üzərinə şəkər tozunu əlavə edin.

Nuş olsun!

Şokoladlı açar şokoladlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10