Şokolad dənəcikli muffin

Şokolad dənəcikli muffin

Ərzaqlar

  • 3  yumurta 
  • 1 su stəkanı şəkər tozu 
  • 1 çay stəkanı süd 
  • 1 su stəkanı duru yağ 
  • 1 çay stəkanı qatıq 
  • 1 paket vanil 
  • 1 paket qabartma tozu 
  • 2, 5 su stəkanı un 
  • 1 su stəkanı damla şokolad

Hazırlanması

  1. Dərin bir qarışdırma qabına yumurta və şəkəri qoyub 3 dəqiqə qarışdırın.
  2. Süd, duru yağ və qatığı əlavə edib təkrar çırpın.
  3. Un, vanil və qabartma tozu əlavə edib son dəfə çırpın.
  4. Şokolad dənəciklərini də əlavə edib qaşıq köməyiylə qarışdırıb Silikon muffin qəliblərinə yarım olacaq şəkildə paylaşdırın.
  5. Qəliblərə tökdükdən sonra üzərilərinə şokolad dənəcikləri səpin.
  6. 180°c isidilmiş sobada 25 dəqiqə bişirin.
  7. Soyuduqdan sonra qəliblərdən çıxarıb servis edə bilərsiniz.

Nuş olsun!

Şokolad dənəcikli muffin şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

One Comment

  1. Damla shokoladi nece elde etmek olar?

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10