Soğanlı Keks

Soğanlı Keks

Soğanlı Keks

Ərzaqlar

 

  • Xəmir üçün:

    1,5 st. un
    150 q marqarin

  • İçi üçün:

    5-6 baş soğan
    200 q bərk pendir
    50 q kərə yağı
    1 x.q. şəkər tozu
    1 ç.q. un
    3-4 budaq cəfəri
    duz
    istiot

Hazırlanması

  1. Marqarini unla döyün. 0,5 st. sü tökün, xəmir yoğurun.İç: soğanı təmizləyin, yarımhalqa doğrayın.
  2. Qazana qoyub üzərinə 0,5 st. qaynar su tökün, su quruyanadək bişirin. Un səpin, yağla qarışdırın.
  3. Duz, istiot vurun, şəkər tozu və xırda doğranmış cəfəri əlavə edin.
  4. Xəmiri yağlanmış siniyə döşəyin.
  5. Bir neçə yerdən çəngəl batırın. 220 dərəcə qızdırılmış sobada bişirin.
  6. Tam bişməmiş içi üzərinə yayın, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
  7. 15-20 dəqiqə, hazır olanadək bişirin. Süfrəyə isti verin. Nuş olsun!

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, soğanlı  keksiniz yumşaq olacaq.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10