Sobada Dolma

Sobada Dolma

Sobada Dolma

Ərzaqlar

  • 800 q qiymə (mal, qoyun)
  • 100 q düyü
  • 6 ortaboy soğan
  • 2 yumurta
  • 500 q ağ kələm

Hazırlanması

  1. Düyünü suda ala-çiy bişirin, soyudun.
  2. 3 baş soğanı xırda doğrayın, qalan üçünü isə blenderdə püre halına salın.
  3. Kələmi doğrayın. Bütün inqredientləri – qiyməni, soğanı, yumurtanı, kələmi və düyünü qarışdırın.
  4. Duz, təzə üyüdülmüş istiot əlavə edin.
  5. Alınan kütlədən uzunsov kotletlər tutun, siniyə düzün.
  6. Kotletləri hazırlayarkən əlcək geyinsəniz, yaxşı olar, çünki qarışıq ələ yapışan alınır.
  7. Əgər əlcək yoxdursa, əllərinizi soyuq suda isladın.
  8. 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
  9. Hazır olmağa 5 dəqiqə qalmış sobadan çıxarıb üzərinə sürtgəcdən keçirilmiş parmezan pendiri səpə bilərsiniz.
  10. Bu tənbəl dolma üçün linkdəki sousdan istifadə edə bilərsiniz.

Haqqında: soba dolması sevilən dolmalardan birindir. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10