Şaftalılı cheesecake

Şaftalılı cheesecake

Ərzaqlar

  • 2 su stəkanı ovulmuş peçenye (130 qram)

     

  • 6 xörək q. yumşalmış marqarin

     

  • 1 su stəkanı şəkər

     

  • 225 qram yağlı pendir

     

  • 1 paçka ərikli jelatin (85 qram)

     

  • 2 təzə şaftalı  meyvəsi

     

  • 225 qram qaymaq

Hazırlanması

  1. Peçenye ovuntusunu marqarin və 0,25 qram şəkərlə qarışdırın.
  2. Kvadrat formalı bir qaba töküb soyuducuya qoyun.

     

  3. Yağlı pendiri qalan şəkər ilə çalın və jelatin əlavə edin.
  4. Şaftalını yuyun və xırda-xırda doğrayın.
  5. Qaymağı başqa baqda çalın və şaftalı ilə birlikdə qarışığa  əlavə edin.
  6. Alınmış kütləni  soyumuş şəkərli peçenyenin üstünə töküb 4 saat soyuducuda saxlayın.

Nuş olsun!

Şaftalılı cheesecake şaftalı sevənlər üçün fürsətdir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10