Sadrazan lokumu

Sadrazan lokumu

Ərzaqlar

  • 5 yumurta 
  • 1 su stəkanı şəkər 
  • 1 su stəkanı un 
  • 1 qabartma tozu 
  • kokos 
  • Muhallebi üçün: 
  • 3 yemək qaşığı un 
  • 3 yemək qaşığı nişasta 
  • 3 su stəkanı süd 
  • 150 gr margarin 
  • 1.5 su stəkanı şəkər

Hazırlanması

  1. 5 yumurtanı çırpın, şəkəri əlavə edin, şəkər əriyənə qədər çırpmağa davam edin, sonra içinə 1 su stəkanı unu əlavə edib çırpmağa davam edin.
  2. Sonda qabartma tozunu da qatın və çırpın.
  3. Əvvəlcədən 170 dərəcədə isitdiyiniz sobaya qoyun.
  4. Muhallebi üçün un, nişasta və südü birlikdə çırpın, üzərinə margarin və şəkəri əlavə edin, göz göz olana qədər bişirin. 
  5. Keksi sobadan çıxarıb uzunlamasına ikiyə bölün.
  6. Boşqabların içinə muhallebini çəkin və keksləri dürüm halina gətirin və barmaq boyda dilimləyin.
  7. Daha sonra əvvəl südə, sonra kakosa bulayırıq.
  8. Yarım saat gözlətdikdən sonra servis edə bilərsiniz..

Nuş olsun!

sadrazan lokumu çox üstünlük verilən və sevilə sevilə yeyilən şirniyyatlardandır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10