Sac İçi

Sac İçi

Sac İçi

Ərzaqlar

  • Qoyun içalatı (ağciyər, qaraciyər, ürək, böyrək) – 250 qram,
  • Baş soğan – 2 ədəd,
  • Quyruq yağı– 50 qram,
  • Duz – 1 çay qaşığı,
  • Üyüdülmüş qara istiot – ½ çay qaşığı,
  • nar dənələri – 30 qram,
  • Kartof – 2 ədəd,
  • Badımcan – 2 ədəd,
  • Şirin bibər – 1 ədəd,
  • Pomidor – 2 ədəd,
  • Nazik lavaş – 3-4 ədəd.

Hazırlanması

  1. Qoyun əti yuyulmalı, qurulanmalı, nazik pərdəsi təmizlənməli və kiçik tikələrə doğranmalıdır. Soğan təmizlənməli, yarımhalqa halında doğranmalıdır.
  2. Dərin tavada və ya qazanda quyruq yağı əridilməli, ət qoyulmalı, nazik qabıq əmələ gələnədək təxminən 5-7 dəqiqə güclü odda qızardılmalıdır. Alov azaldılmalı. soğan əlavə edilməli, duzlanmalı və istiot vurulmalıdır və hazır olanadək yenə də 20 dəqiqə qızardılmalıdır, sonra isə nar dənələri əlavə edilməlidir.
  3. Kartof və badımcanlar təmizlənməli, iri doğranmalıdır. Bibərlər yuyulmalı, toxumu və aralıqlar təmizlənməli, 8 hissəyə bölünməlidir. Pomidorlar yuyulmalı və dairəvi şəkildə doğranmalıdır.
  4. Qalan piy ayrıca tavada qızdırılmalı, hazır olanadək ayrı-ayrılıqda kartof, badımcanlar, bibər və pomidorlar qızardılmalıdır. Süfrəyə verilərkən ət sacın ortasına, tərəvəzlər kənarlarına düzülməli, lavaş 4 yerə bölünməli və sacın üzərinə qoyulmalıdır.

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10