
Səhər yeməyi “Pavlov” qaydalı desert
Ərzaqlar
- 1 su stəkanı şəkər tozu
- 05, su stəkanı yulaf yarması
- 1,5 su stəkanı süd
- Şəkər zövqə görə
- 1 çimdik duz
- 2 yumurta ağı
Hazırlanması
- Yumurta ağı və duzu şişənə qədər mikserlə çalın.
- Sonra 1 xörək q. şəkər əlavə edin və yaxşı çalın.
- Soba qabına yağlı kağız qoyun və bezeni ora tökün.
- Əvvəlcədən isidilmiş sobada 100 dərəcədə 1,5-2 saat böşirin.
- Sanra sobanı söndürün və bezenin sobada soyumağa qoyun.
- Səhər yulaf yarmasına duz, şəkər tozu, südü əlavə edin və bişirin.
- 5-10 dəqiqə soyumasını gözləyin.
- Nimçəyə bizeni qoyub üstünə yulaf yarmasından olan sıyığı töküb üstünü zövqə görə bəzəyə bilərsiniz.
- Bezeni öncədən hazırlamaq olar və 7 gün bağlı qabda saxlamaq olar.
Nuş olsun!
Səhər yeməyi “Pavlov”qaydalı desert pəhriz saxlayanların rahatlıqla hazırlayacaqları desertdir.
ən son şərh