Rəngli meyvəli parfe

Rəngli meyvəli parfe

Rəngli meyvəli parfe

Ərzaqlar

  • 2 paket kremşanti
  • 1 stəkan vişnə suyu
  •  1 stəkan kivili oralet
  •  peçenye bisküvi
  •  1 su stəkanı fıstıq
  •  4 ədəd banan
  •  Qida boyası

Hazırlanması

  1. İlk olaraq 1 paket krem şantiyi vişnə suyu ilə qarışdırıb 2 damla qırmızı qida boyası ilə rəngini tündləşdiririk.
  2. digər  krem şantimizi isə kivili oralet ilə qarışdırıb 2 damla yaşıl rəng qida boyası ilə də onu tündləşdiririk.
  3. içlərinə ayrı ayrı 2 ədəd bananı xırda xırda doğrarık.
  4. 1,5 paket peçenyeni və yarım stəkan fıstığı əlavə edib qarışdırırıq.
  5. streçlə bağladığımız qəlibimizə qoyub ən az 4 saat saxlayıb servis boşqabına qoyuruq .
  6. üzərinə şokolad sousu töküb istəyə görə bəzəyirik.

Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10