Rəngarəng qurabiyə keks

Rəngarəng qurabiyə keks

Ərzaqlar

  • 115 gr kərə yağ (otaq temperaturunda yumşalmış)
  • 150 gr şəkər tozu
  • 1 yumurta və 1 yumurta sarısı

     

  • 2 yemək qaşığı vanil
  • 190 gr un
  • 1/2 çay qaşığı duz
  • 1 yemək qaşığı qabartma tozu
  • 1 + 1/2 yemək qaşığı qarğıdalı nişastası
  • 120 gr ağ şokolad (kiçik parçalanmış)
  • 80 gr rəngli tort bəzəkləri
  • kremi üçün:

     

  • 115 gr kərəyağı (otaq temperaturunda yumşalmış)
  • 150 gr pudra şəkəri
  • 30 ml krem
  • 1 yemək qaşığı vanil

     

  • 1 çimdik duz

Hazırlanması

  1. sobanı 170 dərəcədə isidin.
  2. Qabı duru yağ ilə yağlayın.
  3. Kərəyağını mikser qabında 1 dəqiqə qarışdırın.
  4. Şəkəri əlavə edərək rəngi açılıb qabarına qədər qarışdırmağa davam edin.
  5. Yumurtalar və vanili bir yandan qarışdıraraq əlavə edin.
  6. Ayrı bir qabda un, qabartma tozu və nişastanı tökün  və qarışıma yavaşca əlavə edərək qarıştırın.
  7. ən son şokolad və tort bəzəklərini də əlavə edərək qarışdırın və qaba töküb sobaya qoyun.
  8. 20 dəqiqə bişirin. Kənarları biraz qızaran kimi çıxarın.
  9. Kremi üçün bir mikser qabında kərəyağını 2 dəqiqə qarışdırın.
  10. Digər ərzaqları da əlavə edərək 3 dəqiqə qarışdırın.
  11. Soyuyan keksimizin üzərini kremlə istədiyiniz kimi bəzəyə bilərsiniz.

    Nuş olsun!

Nuş olsun!

Rəngarəng qurabiyə keks biraz zamanınızı alacaq, lakin dadını sevəcəyiniz şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10