
Rəngarəng qurabiyə keks
Ərzaqlar
- 115 gr kərə yağ (otaq temperaturunda yumşalmış)
- 150 gr şəkər tozu
- 1 yumurta və 1 yumurta sarısı
- 2 yemək qaşığı vanil
- 190 gr un
- 1/2 çay qaşığı duz
- 1 yemək qaşığı qabartma tozu
- 1 + 1/2 yemək qaşığı qarğıdalı nişastası
- 120 gr ağ şokolad (kiçik parçalanmış)
- 80 gr rəngli tort bəzəkləri
- kremi üçün:
- 115 gr kərəyağı (otaq temperaturunda yumşalmış)
- 150 gr pudra şəkəri
- 30 ml krem
- 1 yemək qaşığı vanil
- 1 çimdik duz
Hazırlanması
- sobanı 170 dərəcədə isidin.
- Qabı duru yağ ilə yağlayın.
- Kərəyağını mikser qabında 1 dəqiqə qarışdırın.
- Şəkəri əlavə edərək rəngi açılıb qabarına qədər qarışdırmağa davam edin.
- Yumurtalar və vanili bir yandan qarışdıraraq əlavə edin.
- Ayrı bir qabda un, qabartma tozu və nişastanı tökün və qarışıma yavaşca əlavə edərək qarıştırın.
- ən son şokolad və tort bəzəklərini də əlavə edərək qarışdırın və qaba töküb sobaya qoyun.
- 20 dəqiqə bişirin. Kənarları biraz qızaran kimi çıxarın.
- Kremi üçün bir mikser qabında kərəyağını 2 dəqiqə qarışdırın.
- Digər ərzaqları da əlavə edərək 3 dəqiqə qarışdırın.
- Soyuyan keksimizin üzərini kremlə istədiyiniz kimi bəzəyə bilərsiniz.
Nuş olsun!
Nuş olsun!
Rəngarəng qurabiyə keks biraz zamanınızı alacaq, lakin dadını sevəcəyiniz şirniyyatdır.
ən son şərh