Quş südü tortu

Quş südü tortu

Ərzaqlar

  • 140 qram un 
  • 350 qram kərə yağı 
  • 400 qram şəkər 
  • 2 yumurta 
  • 75 qram şokolad 
  • 100 qram bişmiş süd 
  • 60 qram yumurta ağı 
  • ½ çay q. limon duzu 
  • 1 paket vanil 
  • 4 qram aqar-aqar jelatin əvəzedici

Directions

  1. Aqar-aqarı 140 qram suda 2-3 saat isladın.
  2. 100 qram kərə yağını 100 qram şəkər ilə çalın, 2 yumurta, yarım paket vanil və unu əlavə edin və qarışdırın.
  3. Xəmiri iki hissəyə bölün.
  4. Yumru formada olan soba qabına yağlı kağız qoyun.
  5. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada növbə ilə 10 dəqiqə bişirin.
  6. 200 qram kərə yağı və bişmiş südü, qalan vanillə  çalın.
  7. Aqar-aqarı odda qaynayana qədər qarışdırın, oddan götürməmək şərti ilə üzərinə 300 qram şəkər əlavə edin və qaynayana qədər qarışdırın.
  8. Sipop bal halında olmalıdır.
  9. Kənara qoyub soyumasını gözləyin. 
  10. Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, limon duzu əlavə edib bərkiyənə qədər çalmağa davam edin.
  11. Üzərinə isti siropu əlavə edin.
  12. Və bərkiyənə qədər mikserlə çalın.
  13. Mikserin sürətini azaldın və südlü-yağlı vanilli qarışığı əlavə edin.
  14. Bir kütlə alınanda sufleniz hazırdır. 
  15. Tort hazırlayacağınız qaba korjun birini qoyun, üstünə suflenin yarısını tökün, 2-ci korju qoyun və qalan sufleni üstünə tökün.
  16. Soyuducuda 3-4 saat saxlayın ki, sufle bərkisin. 
  17. Şokoladı 50 qram yağ ilə odda əridin və şokoladlı qlazuru tortun üstünə tökün və 30 dəqiqə soyucuda saxlayın.
  18. Qus südü tortu servisə hazırdır.

Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10