
Quruli
Quruli
Ərzaqlar
- 1 ç.q. darçın
- 3 x.q. qoz ləpəsi
- cəfəri
- 1,2-1,5 kq yağlı toyuq
- 1 ç.q. üyüdülmüş zəncəfil
- 2 baş soğan
- 1,5 x.q. kərə yağı
- 1 ç.q. quru paprika
- duz
- 6 ədəd mixək
- keşniş
- 1 st. qırmızı şirin şərab
Hazırlanması
- Toyuğu yuyun, suyunu süzün, tikələrə doğrayın.
- Dərinin altındakı piyini kəsib götürün.
- Həmin piyi xırda doğrayın.
- Kərə yağını iri tavada qızdırın, piyi əlavə edin.
- Toyuğu əlavə edin, 12-15 dəqiqə, qızaranadək bişirin, sonra qazana yığın.
- Soğanı təmizləyib nazik halqa doğrayın.
- Qozu həvəngdəstədə əzin.
- Cəfəri və keşnişi yuyun, xırda doğrayın.
- Mixəyi zəncəfil, paprika, darçın və duzla birlikdə həvəngdəstədə döyün.
- Toyuğun üzərinə soğanı, qozu və göyərtini tökün.
- Şərab süzün, qarışdırıb ağzı açıq tavada 10 dəqiqə bişirin.
- Döydüyünüz ədviyyatı əlavə edin.
- Bir dəfə də qarışdırın, qazanın qapağını örtüb 20 dəqiqə bişirin. Nuş olsun!
Haqqında: Gürcü mətbəxinə aid olan bu yemək damağınızın dadınızı dəyişmək üçün gözəl seçımdir.
ən son şərh