Qozlu və ballı parfe

Qozlu və ballı parfe

Ərzaqlar

  • 250 qram 35-40%-li qaymaq 
  • 60 qram şəkər 
  • 2 yumurta ağı 
  • 90 qram qoz 
  • 20 qram konyak 
  • 40 qram 40 %-li xama 
  • 30 qram bal 
  • 20 qram şəkər tozu 
  • 10 qram kakao tozu

Hazırlanması

  1. Yumurta ağını mikserlə çalıb 30 qram şəkər əlavə edərək yenidən çalın.
  2. Ayrı qabda qaymağı yaxşı qarışdırın. 
  3. Qalan şəkəri bir qabda töküb oda qoyun.
  4. Qızılı-sarı rəng alana qədər qızdırın.
  5. Üzərinə doğranmış qoz əlavə edib qarışdırın.
  6. Elə olsun ki, şəkər qozun hər təfərinə hopsun.
  7. Kənara qoyub soyumasını gösləyin. 
  8. Qaymağı, xamanı, konyakı, balı, şəkərli qozu və çalınmış yumurta ağını qarışdırın.
  9. Parfe hazırlayacağınız qaba yağlı kağız elə qoyun ki, kənarlarına çıxsın.
  10. Hazırladığınız kütləni formaya töküb 2-3 saat soyuducuda saxlayın.
  11. Süfrəyə təqdim etməmişdən 15 dəqidə əvvəl soyuucudan götürün.
  12. Üzərinə qoz qoyun və şəkər tozu səpin.

Nuş olsun!

Qozlu və ballı parfe çox dadlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10