
Qozlu və ballı parfe
Ərzaqlar
- 250 qram 35-40%-li qaymaq
- 60 qram şəkər
- 2 yumurta ağı
- 90 qram qoz
- 20 qram konyak
- 40 qram 40 %-li xama
- 30 qram bal
- 20 qram şəkər tozu
- 10 qram kakao tozu
Hazırlanması
- Yumurta ağını mikserlə çalıb 30 qram şəkər əlavə edərək yenidən çalın.
- Ayrı qabda qaymağı yaxşı qarışdırın.
- Qalan şəkəri bir qabda töküb oda qoyun.
- Qızılı-sarı rəng alana qədər qızdırın.
- Üzərinə doğranmış qoz əlavə edib qarışdırın.
- Elə olsun ki, şəkər qozun hər təfərinə hopsun.
- Kənara qoyub soyumasını gösləyin.
- Qaymağı, xamanı, konyakı, balı, şəkərli qozu və çalınmış yumurta ağını qarışdırın.
- Parfe hazırlayacağınız qaba yağlı kağız elə qoyun ki, kənarlarına çıxsın.
- Hazırladığınız kütləni formaya töküb 2-3 saat soyuducuda saxlayın.
- Süfrəyə təqdim etməmişdən 15 dəqidə əvvəl soyuucudan götürün.
- Üzərinə qoz qoyun və şəkər tozu səpin.
Nuş olsun!
Qozlu və ballı parfe çox dadlı şirniyyatdır.
ən son şərh