Qozlu Tort

Qozlu Tort

Qozlu Tort

Ərzaqlar

  • 5 ədəd yumurta
  • 1 ədəd xama
  • 200 qr şəkər
  • 200 qr un
  • 1 ədə vanil
  • 1 ədəd qabartma tozu
  • Krem üçün:
  • 380qr qatılaşdırılmış süd
  • 350 qr yağ
  • 1 ədəd vanil
  • Pudra şəkəri
  • Kakao
  • Doğranılmış qoz

Hazırlanması

  1. Yumurtanın ağı sarısından ayrılaraq çalınır.
  2. Şəkər tozu az-az əlavə olunaraq çalınır.
  3. Yumurtanın sarısı əlavə olunur.
  4. Xamaya 1 çimdik soda əlavə edib qarışdırdıqdan sonra kütləyə əlavə olunur.
  5. Qarışdıqdan sonra un, vanil və qabartma tozu tökülür.
  6. Qarışdırılır əgər düyüm –düyüm qalarsa çırpıcı ilə qarışdırın 180 dərəcədə 20 dəqiqəyə bişir
  7. ilk 10-15 dəqiqə sobanın ağzını açmayın.
  8. Kremin hazırlanması: Otaq tempraturundakı yumuşalmış yağı qaynadılmış qatılaşdırılmış südü 5-6 x.q pudra şəkəri və vanili qarışdıraraq mikserlə yaxşıca çalın.
  9. Şəkildəki hazırladığım tort 2 biskvitlidir ,biskvitlərin arasına krem çəkdikdən sonra qoz səpin və ya kremlə qozu qarışdırın, kənarlarına da çəkin.

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qozlu tortunuz yumşaq olacaq. Nuş olsun!

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10