Qozlu-şokoladlı sobada bişməyən tort

Qozlu-şokoladlı sobada bişməyən tort

Ərzaqlar

  • 1/2 su stəkanı portağal qurusu

     

  • 150 qram qoz ləpəsi

     

  • 50 qram albalı şirəsi

     

  • 1 su stəkanı kişmiş

     

  • Krem:

     

  • Yarım çay q. aqar-aqar

     

  • 150 qram qoz ləpəsi

     

  • 2 banan

     

  • 100 qram albalı şirəsi

     

  • 200 qram şokolad

Hazırlanması

  1. Əvvəlcə əsas korju hazırlayın.
  2. Kişmiş və portağal qurusuna albalı şirəsini əlavə edin və 30 dəqiqə saxlayın.
  3. Qoz ləpəsini tavada odda qovurun və xırda-xırda doğrayın.
  4. Sonra bunların hamısını blendrlə çalın və ya ət maşınından keçirin.
  5. Sonra soba qabına yağlı kağızı elə qoyun ki, qabın divarlarını da tutsun.
  6. Xəmiri hiss-hissə götürüb qaba elə yerləşdirin ki, qabın divarları da xəmirlə tutulsun.
  7. Üstünü qida kağızı ilə bağlayıb 30 dəqiqə buz doladında saxlayın.

     

  8. Krem hazırlamaq üçün bir qab götürün.
  9. Şokoladı hissələrə bölün, üzərinə albalı şirəsini əlavə edin və su vannasında əriyənə qədər odda qarışdırın.
  10. Qoz ləpəsini odda tavada qovurub xırda hissələrə bölün.
  11. Bananı təmizləyib püre halı alana qədər çəngəl ilə əzin.
  12. Şokolad qarışığına banan və qozu əlavə edin və yaxşı qarışdırın üzərinə aqar-aqar əlavə edin və bir az kənarda saxlayın ki, bərkisin.
  13. Buz dolabından xəmiri götürüb hazırladığınız içi xəmirə əlavə edin.
  14. Üstünü taxta qaşıq ilə hamarlayın.
  15. Üzərinə zövqə görə doğranmış qoz, giləmeyvə və ya şəkər tozu səpə bilərsiniz.
  16. Bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!

Qozlu-şokoladlı sobada bişməyən tort şirniyyatı çətin hazırlanan lakin çox dadlı tortdur.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10