Qozlu şokoladlı pomadka

Qozlu şokoladlı pomadka

Ərzaqlar

  • 200 qram şokolad (tünd və ya südlü) 
  • 25 qram kərə yağı 
  • 200 qram bişmiş süd 
  • 120 qram püstə (qoz, findiq da ola bilər)

Hazırlanması

  1. Şokoladları xırda hissələrə bölüb bir qaba yığın,  kərə yağı və qaynadılmış südü üzərinə əlavə edin.
  2. Sonra su vannasında şokolad əriyənədək qarışdırın.
  3. Püstələri orta ölçüdə doğrayın və şokoladlı qarışığa əlavə edin.
  4. Yağlı kağız qoyulmuş qaba qoyub soyumasını gözləyin.
  5. Sonra soyuducuya qoyub bərkiməyini gözləyin.
  6. Soyuduqdan sonra pomadkanı kub şəklində xırda hissələrə bölün. 
  7. Bu çox sadə desertdir, çayla yaxşı içilir, soyuducuda ağzı bağlı qabda1 həftə də saxlamaq olar.

Nuş olsun!

Qozlu şokoladlı pomadka şirniyyatı şokoladlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10