Qozlu mürəbbəli bulku

Qozlu mürəbbəli bulku

Ərzaqlar

  • 4 su stəkanı un 
  • 0,75  su stəkanı şəkər 
  • 3 çay q. qabartma tozu 
  • 0,5 çay q. duz 
  • 0,5  su stəkanı duru yağ 
  • 0,25 su stəkanı portağal şirəsi 
  • 1 çay q. vanil 
  • 3 yumurta 
  • Giləmeyvə mürəbbəsi 
  • 100 qram kişmiş  və doğranmış qoz 
  • 50 qram şəkər və darçın 
  • 100 qr kərə yağ

Hazırlanması

  1. Un, şəkər, duz və qabartma tozunu bir qabda qarışdırın.
  2. Ortasında boşluq yaradın.
  3. Duru yağı, portağal şirəsini, vanil və 3 yumurtanı ora əlavə edib xəmir yoğurun.
  4. Üstünü qida kağızı ilə örtüb soyuducuda 1 saat saxlayın. 
  5. Xəmiri 4 hissəyə ayırıb, düzbucaq formasında yayın.
  6. Üzərinə kərə yağı, sonra mürəbbə çəkin,  kişmiş və doğranmış qoz səpin.
  7. Rulet formasında büküb halqa formasında kəsin. 
  8. Soba qabına yağlı kağız qoyun, bulkaları  ora  düzün.
  9. Üzərinə darçın və şəkər səpin.
  10. Əvvəlcədən isidilmiş 190 dərəcəli sobada 25 dəqiqə bişirin.

Nuş olsun!

Qozlu mürəbbəli bulku şirniyyatı mürəbbəli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10