Qozlu mürəbbəli keks

Ərzaqlar

  • 3 yumurta
  • 1,5 su stəkanı şəkər tozu
  • 5 xörək qaşığı duru yağ
  • 1 su stəkanı süd
  • 2su stəkanı un
  • 1 paket vanel
  • 1 paket qabartma tozu
  • Yarım stəkan qoz
  • Yarım stəkan kişmiş
  • İstənilən mürəbbə suyu yarım su stəkanı

Hazırlanması

  1. Yumurta ilə şəkər tozunu mikserlə çalın.
  2. Üzərinə duru yağ südü əlavə edin və yenidən mikserlə çalın.
  3. Vanel və qabartma tozunu unla qarışdırın və qarışığa əlavə edib əllə qarışdırın.
  4. Qozu xırda-xırda doğrayin və kişmişlə birlikdə xəmirə əlavə edin.
  5. Sobanı 180 dərəcə öncədən qizdirin və soba qabına perqament kağız qoyub xəmiri ora əlavə edib bişirin.
  6. Bişdikdən sonra 30 dəqiqə soyudun. Kənarlarını kəsin və ayrı qaba ovun.
  7. Hazır xəmirin üzərinə istədiyiniz mürəbbə şirəsi tökün və ovuntunu üstünə səpin.

Nuş olsun.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10