
Qozlu kakaolu keks
Ərzaqlar
- 3 yumurta
- 1, 5 su stəkanı şəkər
- 1 su stəkanı süd
- 1, 5 çay stəkanı duru yağ
- 5 yemək qaşığı kakao
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 1 çay stəkanı iri döyülmüş qoz
- 2 yemək qaşığı damla şokolad
- 3, 5 çay stəkanı ələnmiş un
- Üzəri üçün:
- Krem şanti
- Çiyələk
Hazırlanması
- Yumurta və şəkər ağarana qədər çalınır.
- Sonra duru yağ və süd əlavə olunub mikserlə çaldıqdan sonra qarışımın sönməməsi üçün taxta qaşıqla çalmağa davam edək.
- Kakao, un, qabartma tozu və vanili əlavə edək və qaşıqla altdan üstə doğru qarışdırırıq.
- Dörtbucaq keks qabını yağlayıb qarışımı tökürük.
- Qoz və damla şokoladı biraz una bulayıb qabdakı qarışımın üzərinə töküb taxta qaşıqla biraz qarışdırın.
- Əvvəlcədən 170° isidilmiş sobada 25, 30 dəqiqə bişirin.
- Bişdikdən sonra qabdan çıxarmadan soyumasını gözləyin.
- Keks soyuduqdan sonra servis qabına qoyuruq.
- Dilimləyib üzərini krem şanti və çiyələklə bəzəyək.
Nuş olsun!
Qozlu kakaolu keks hazırlanması zaman alan şirniyyatdır.
Cox gozel beyendim eladi
qeweng
sud vurmasaq olmaz ? (