Qozlu, darçınlı, köklü tort

Qozlu, darçınlı, köklü tort

Ərzaqlar

  • 4 yumurta
  • 1,25 su stəkanı duru yağ
  • 2 su stəkanı şəkər
  • 2 su stəkanı un
  • 2 çay q. qabartma tozu
  • 2 çay q. çay sodası
  • 1 çimdik duz
  • 2 çay q. üyüdülmüş darçın
  • 4 kök
  • 1 su stəkanı qoz
  • 100 qram kərə yağı
  • 230 qram kəsmikli pendir
  • 1 paket vanil
  • 4 su stəkanı şəkər tozu

Hazırlanması

  1. Sobanı 170 dərəcə qızdırın.
  2. Soba qabına yağlı kağız qoyun.
  3. Kökü sürtgəcdən keçirin, 3 stəkan alınmalıdır.
  4. Yumurtanı, duru yağı şəkər və vanili qarışdırın.
  5. Sonra unu, qabartmanı, darçını əlavə edin.
  6. Sonda doğranmış qoz və kökü əlavə edin.
  7. Sobada 40-50 dəqiqə bişirin.
  8. Soyuduqdan sonra qabdan çıxardın.
  9. Kremi hazırlamaq üçün kərə yağı, kəsmikli pendir şəkər tozu və vanili qarışdırın.
  10. Bişmiş köklü xəmiri kremləyin və üzərinə bəzək üçün qoz səpin.

Nuş olsun!

Qozlu, darçınlı, köklü tort həm meyvəli həm də darçınlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10