
Qoz içlikli ballı almalar
Ərzaqlar
- 600 qram turş alma
- 100 qram üzüm
- 100 qram təmizlənmiş qoz
- 50 qram təmizlənmiş fındıq
- 1,5 xörək qaşığı şəkər tozu
- 1 xörək qaşığı bal
- 1 çay qaşığı üyüdülmüş darçın
- 250 qram alma şirəsi
- 1 xörək qaşığı bitki yağı
Hazırlanması
- Almaları yuyub qurudun.
- Almaların səliqə ilə içini bıçaq ilə çıxarın.
- Qoz və fındığı blenderdə xırdalayıb bir qaba qoyun.
- Üzərinə üzüm, şəkər tozu, darçın və balı əlavə edin.
- Bunları yaxşı qarışdırıb almaların içini doldurun.
- Sobanı 180 dərəcə qızdırın və soba qabını bitki yağı ilə yağlayın.
- Hazırladığınız almaları qaba yığıb üzərinə alma sokunu əlavə edin və 30 dəqiqə sobada bişirin.
- Soyuduqdan sonra qoz içlikli ballı almalar şirniyyatı servisə hazırdır.
Nuş olsun!
Qoz içlikli ballı almalar şirniyyatı almalı, darçınlı şirniyyatdır.
ən son şərh