Qoşa şokoladlı moruqlu pavlova

Qoşa şokoladlı moruqlu pavlova

Ərzaqlar

  • 6 ədəd yumurta ağı
  • 300 gr (1,5 su stəkanı) toz şəkər
  • 3 yemər qaşığı kakao
  • 1 yemək qaşığı balzamik sirkə
  • 50 gr şokolad (kiçik doğranmış)
  • Moruq (donmuş və ya təzə)
  • 500 ml (2,5 su stəkanı) çalınmış krem (1 yemək qaşığı pudra şəkəri ilə çalınmış)
  • Yumurta ağlarını (yumurtanın sarısının qarışmadığından əmin olmaq üçün) tək tək ayrı bir kasaya ayırın, sonra mikser qabına qoyun.

Hazırlanması

  1. Sobanı 180 dərəcədə isidin.
  2. İki ədəd soba qabına yağlı kağız sərin.
  3. Bir ədəd kiçik şirniyyat boşqabın yağlı kağızın üzərinə qoyun və qələmlə çevrə çəkin.
  4. Hər bir kağıza 2 ədəd dairə çəkin.
  5. Cəmi 4 dairəniz olacaq.
  6. Yağlı kağızları tərs çevirin.
  7. Bir qaba şəkəri qoyun.
  8. Ayrı bir qaba kakaoyu ələyin.
  9. yumurta ağlarını içinə qoyun.
  10. Yumurta ağlarını təqribən 1,5 dəqiqə köpük köpük olub qabarana qədər qarışdırın.
  11. Bir yemək qaşığı ilə toz şəkərdən yavaş yavaş yumurta ağına əlavə edərək qarışdırmağa davam edin.
  12. 3,5 dəqiqə qabarana qədər qarışdırın.
  13. ələnmiş kakaonu, şokolad parçalarını və balzamik sirkəni əlavə edin və altdan yuxarıya doğru dairəvi formada hərəkətlərlə qarışdırın.
  14. Əvvəlcə bu bizeləri biraz soba boşqabının kənarlarına (yağlı kağızın altına) sürtün.
  15. Bu kağızın boşqaba yapışmasını və sizin asanlıqla bizeni dairənin içinə yayılmasına kömək olacaqdır.
  16. İki boşqabın dairələrinin ortasına qarışımı bərabər miqdarda paylaşdırın və qaşıq köməyiylə çöldən içəriyə doğru hərəkətlərlə yayın.
  17. İki boşqabı da alltlı üstlü sobaya qoyun qapağını örtün və soba dərəcəsini 140’a salın.
  18. 1 saat 10 dəqiqə bişirin.
  19. Sonrasında sobanı söndürün.
  20. Qapağını açın soyuyana qədər qalsın.
  21. Kənarları çatlayacaq, içləri quruyacaq.
  22. Soyuduqdan sonra bizeləri diqqətli bir şəkildə yağlı kağızlardan sıyırın və qatların arasına krem və moruqlar qoyaraq üst-üstə düzün.
  23. Ən üstə şokolad rəndələyin və dilimləyərək servis edin.

Nuş olsun!

Qoşa şokoladlı moruqlu pavlovu həm hazırlayanda həm də dadına baxanda zövq alacaqsınız.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10