Qızardılmış bal dilimləri

Qızardılmış bal dilimləri

Ərzaqlar

  • ½ fincan kərə yağı 
  • 1 fincan su 
  • 1 yemək qaşığı şəkər 
  • ¼ çay qaşığı duz 
  • 1 fincan un 
  • 4 ədəd yumurta 
  • Qızartmaq üçün yağ 
  • ½ fincan bal 
  • 1 yemək qaşığı portağal cicəyi suyu ya da gül suyu 
  • ¼ çay qaşığı hil

Hazırlanması

  1. Orta öıçülü tavada yağ, su, şəkər və duzu qarışdırın. Ocağa qoyaraq qaynadın vəyağ əriyənədək yavaş yavaş qarışdırın. Ocaqdan götürüb unu əlave edib qarışdırın və ilıq hala gəldikdən sonra tavanın kənarlarından çəkib xəmir halına gələnəcən 1-2 dəqiqə ərzində qarışdıraraq bişirin.
  2. Isti qarışımı bir kasaya tökün və mikserlə 1 dəqiqə ərzində soyudaraq çalın. Sonra yumurtaları əlave edib yaxşıca qarışdırın. Hazır xəmiri ucu ulduz formalı kəsilmış bir torbanın içinə tökün.
  3. Orta ölçülü bir tavaya 50 qram yğ tökün. Balı portağal çiçəyi suyunu və hili bir qaba tökərəq 30 saniyə ərzində mikrodalğalı sobaya qoyun, sobadan götürdükdən sonra dərin bir qaba tökün.
  4. Ulduz kəsimli torbadan sıxaraq çıxan xəmiri təxminən 2-3 sm lik hissələrlə kəsərək  yağda  4-5 dəqiqə qızardın və soyumasını gözləyin.
  5. Soyuduqdan sonra mikrodalğalı sobada hazırlanmış şərbəti üzərinə əlave edin

Nuş Olsun!

Qızardılmış bal dilimləri çox yüngül şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10