Posted on 5 İyul 2014 by admin in Mantı ve Makaron Reseptləri
Ərzaqlar:
- 1 paket spagetti
- 200 qr yağsız çəkilmiş ət
- 1 soğan
- 1 kök
- 1 pomidor
- 8-10 dəstə cəfəri
- 2 xörək qaşığı marqarin
- duz, istiot
Hazırlanması:
- Spagettini duz əlavə edilmiş bol qaynar suda qaynadın.
- Soğanı incə incə doğrayın. Kökü təmizləyib rəndələyin.
- Pomidorun qabığını soyub kub şəklində doğrayın.
- Cəfərini yuyub incə incə doğrayın.
- Marqarini tavada əridib soğanı qızardın.
- Çəkilmiş əti əlavə qovurun. Kökü əlavə 3-4 dəqiqə daha qovurun.
- Pomidoru əlavə edib qarışdırın. Duz və qara bibər əlavə qarışdıraraq 5 – 6 dəqiqə bişirin.
- Ocaqdan götürüb cəfərini əlavə edin və qarışdırın. Spagettini süzüb boşqaba qoyun.
- Ortasına ətili sousu töküb isti olaraq süfrəyə təqdim edin
Nuş Olsun!
Hakkında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.
ən son şərh