Qış tortu
Ərzaqlar
- Tərkibi:
- 500 qram şirin peçenye
- 2 ədəd banan
- 2 ədəd kivi
- 2 ədəd mandarin və ya portağal
- 400 qram 30%-li yağlı xama
- 3-4 xörək qaşığı şəkər pudrası
- 100 qram qara şokolad
- 100 qram süd
Hazırlanması
- Xama ilə şəkər pudrasın mikserlə çalın.
- Bananı qabıqdan təmizləyin və halqa formasında doğrayın.
- Portağal və ya mandarini də qabıqdan təmizləyin və dilim formasında doğrayın.
- Kivini də qabıqdan təmizləyin və halqa formasında doğrayın.
- Şokoladı sürtgəcdən keçirdin.
- Tortun yumşaq alınması üçün peçenyeləri süddə isladın və hər hansı bir düz formada olan qaba və ya buluda 1 sıra peçenye düzün.
- Üzərinə krem çəkin, banan düzün. Bananın üzərinə yenidən krem çəkib peçenye düzün.
- Bu prosesi peçenye bitənədək təkrarlayın.
- Sonuncu peçenye qatdan sonra tortun üsdünu və yanlarını kremlə öttün. Üzərinə portağal və kiviləri düzün. Şokolad oçuntusunu meyvələrin üsdünə səpin.
Nuş Olsun!
ən son şərh